26 C
Baku
Tuesday, October 8, 2024

E-PUL.az ödəmə şəbəkəsİnİ genişləndirir və ASAN imza xidmətinə qoşulur

E-PUL öz ödəniş şəbəkəsini genişləndirir və daimi müştərilərin rahatlığını düşünərkən, yeni xidmət və xüsusiyyətlərin inteqrasiyasını həyata keçirir. Xidmət şəbəkəsinin genişləndirməsindən savayı, E-PUL təhlükəsizliyin qorunması və inkişafında da mühüm addımlar atır. Belə ki, aparılan işlər nəticəsində aşağıdakı yeniliklər mümkün olub.

  1. “Asan İmza” ilə sistemə daxil olma
  2. Ödəniş Bazasına yeni xidmətlərin qoşulması:
  • Kapital Bank kreditləri
  • Nar Home İnternet və Stasionar telefonları
  • AzEuroTel internet və stasionar telefonları
  • AzDataCom internet provayder

3. Veb Saytda ödənişlərin yeni ani axtarış sistemi
4. E-PUL Mobil saytı

Azərbaycanın elektron mühitində rəqəmsal təhlükəsizlik və identifikasiya sahəsində qabaqcıl texnoloji həlləri özündə birləşdirən “Asan İmza” mobil elektron imza xidməti E-PUL ödəniş platformasına inteqrasiya olunub. Beləliklə, artıq E-PUL istifadəçiləri sistemə “Asan İmza” xidmətindən istifadə edərək daxil ola bilərlər.

“Asan İmza” mobil elektron imza – mobil telefonu rəqəmsal şəxsiyyət vəsiqəsi və elektron imza vasitəsi kimi istifadə etməyə imkan verən texnologiyadır. “Asan İmza” texnologiyasını önə çıxaran başlıca cəhət smart kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir. Ətraflı məlumat üçün: www.asanimza.az

“Asan İmza” mobil elektron imza sistemində istifadə olunan autentifikasiya və elektron imza sertifikatları Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən təqdim edilir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə yaradılmış və Rabitə və Yüksək Texnologiyalar Nazirliyində akkreditasiyadan keçmiş ASXM dövlət və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarına, hüquqi və fiziki şəxslərə təkmil sertifikatlar təqdim etmək hüququna malikdir. Ətraflı məlumat üçün: www.asxm.gov.az

                Növbəti mühün yeniliklər sırasında E-PULun ödəniş bazasının böyüməsidir. Kapital Bank-la texnoloji iş birliyi əsasında artıq E-PULda bankın kredit və kapitalkartın ödənişlərin aparmaq mümkün oldu. Həmçinin bu birlik əsasında E-PUL ödəniş vasitəçisi olaraq Kapital Bank ödənişlərini, E-PUL əsasında qurulan müxtəlif ödəniş platformalarında mövcudluğu mümkün oldu. Əlavə olunan digər Televiziya və İnternet provayderlərin ödənişləri, həmçinin stasionar telefonların ödənişlərini E-PULa əlavə olunması, E-PUL ödəniş sahəsini genişlənməsi üçün mühüm rol oynayər. Gələcəkdə bu baza dahada genişlənməsi və inkiçafı nəzərdə tutulur. E-PUL daimi istifadəçilərin istəklərini nəzərə alaraq bu yaxınlarda bu kimi yeniliklər etməkdə davam edəcək.

                Yeni bir xidmətlərdən biri olan, E-PUL.az saytının funksionalına vacib əlavə gətirən, Ani Axtarış Sisteminin istifadəyə verilməsidir. Bu unikal axtarış istifadəçilərə, birbaşa əsas səhifədən axtardıqları ödənişin canlı rejimdə axtarın dərhal ödəmə etmək imkanı yaradır.

                Bu ilin əvvəlindən etibarən, E-PUL mobil telefon və smartfonlar üçün nəzərdə tutulan mobil tətbiqlərin istifadəyə verib. Bu tətbiqlər iOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulub və hər zaman adı çəkilən əməliyyat sistemlərinin Proqram mağazalarında yüklənilə bilər. Lakın müasir rəqəmsal dövrün tələblərinə əsasən, saytın mobil versiyasının mövcudluğu mühüm olduğundan, E-PUL öz istifadəçilərinə istənilən əməliyyat sistemi üzərində işləyən telefon və smartfonlardan, tam funksionalı ilə çalışan saytı təqdim edir. Bu sayta istifadəçilər məhdudiyyətsiz olaraq mobil vasitələrdən saxil olub öz ödənişlərini rahat edə bilərlər. Bu yaxınlarda isə, bu sahədə, E-PUL mühüm dəyişikliklər planlaşdırır. Belə ki, yaxın zamanlarda E-PUL.az saytının tam olaraq yeni dizayn ilə fıaliyyıti planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər