15 C
Baku
Friday, March 29, 2024

E-PUL onlayn ödənişlər sisteminin üstünlükləri

E-PUL.az Onlayn layihəsi TechnoPay şirkətinin məhsuludur. Onlayn ödəniş xidmətləri bazarında nisbətən yeni fəaliyyətə başlamasına baxmayaraq uğurlu mövqe tutmuşdur. Daim yeniliklər edən ödəniş portalın komandası bir məqsəd uğrunda çalışırlar – istifadəçilərə maksimal rahatlıq yaratmaq.

XXI əsr texnogen partlayışlar əsridir. Artıq hər gün müxtəlif ixtira və yeniliklər insanların və bəşəriyyətin rahatlığı və onlara yardım üçün istifadəyə verilir. Bu yolda, ödəniş sistemi olaraq E-PUL bütün əlverişli yeniliklərdən istifadə etməkdədir.

Ödəniş sistemləri arasında, Azərbaycanda ilk dəfə təhlükəsiz məlumat saxlama funksiyası məhz E-PUL portalında istifadəyə verilmişdir. Söhbət plastik kartların müştəri tərəfindən sistemdə yaddaşa yazılmasıdır ki, bu da müştərinin növbəti ödənişlərdə rahat əməliyyat aparmasına şərait yaradır. Məlumatlar E-PUL-un xüsusi təhlükısizliklə təchiz olunmuş, sertifikatlaşdırılmış, və yoxlanışlardan keçmiş prosessinq mərkəzində şifrələnmiş şəkildə saxlanılır.

fd35ef5a-9ee2-4012-8087-0b3b5ae0dc7e-mediumE-PUL-un unikal xidmətlərindən biri də Avtomatik Ödənişlər sistemidir. Bu xidmətdən istifadə Sizə istənilən ödənişlərin avtomatlaşdırılmasına imkan yaradır. Belə ki, siz ödənişləri istənilən dövriliyə, məbləğə və xidmətə uyğunlaşdıra bilərsiz. Sistemdə qeydiyyata alinmiş kartlar varsa, avtomatik ödəniş xidməti sırayla pul mövcud olan kartdan vəsaiti ödəyəcək. Bütün ödənişlərin tarixçəsi mövcuddur.

Digər unikal xidmətlərdən biri – Borcların qeydə alınmasıdır. Artıq sistem sizin hesabları özu yoxlayaraq borcun məbləğı və mənbəyi barədə xəbər verəcək. Bu rahatlıq üçün nəzərdə tutulmuş funksiya borcların gecikdirilməsinin qarşısını aldığı üçün eyni zamanda ödənişləri qəbul edən maliyyə strukturları üçün də vacib və faydalı məqamlardan biridir.

E-PUL-un ödəniş bazası daimi yenilənir və genişlənir. Artıq Bankların kredit və debit ödənişləri bir neçə üsulla həyata keçirilə bilər.

Xüsusi qeyd etmək lazımdır ki, bütün kredit ödənişləri E-PUL sistemində komissiyasız həyata keçirilir.

E-PUL hər zaman istifadəçilərinə yaxındır, iş günlərindən və saatlarında asılı olmayaraq, daimi istifadəçilərin rəy, təklif və şikayətlərinə reaksiya  verərək heç bir müştərini diqqətdən kənarda saxlamır.

İnkişaf davam edir, E-PUL-da dayanmır. Bizim yeniliklərimiz hələ qarşıdadır.

Son xəbərlər
Digər xəbərlər