Azərbaycanda fəaliyyət göstərən iri neft şirkətlərdindən biri “Easydrill” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, MMC-nin vergi borcu 5 557 702.76 manatdır. Bu vergi borcu yanvar ayının 9-na olan məlumatdır.
Qeyd edək ki, “Easydrill” şirkəti Azərbaycan, Gürcüstan və Türkiyədə neft sektorunda platformaların qurulması və neft sahəsinə aid müxtəlif avadanlıqlarının satışını həyata keçirir.