22 C
Baku
Monday, May 20, 2024

eBay internet-hərracda satılan ən qeyri-adi predmetlər

2005-ci ilin iyununda ABŞ-ın Yuta ştatında Karolyne Smith adlı qadın əbədi olaraq kiminsə reklamını öz alnında tatu etdirmək haqqını 10 000 dollara satdı. Bu təklifdən isə məşhur virtual kazino olan Golden Palace istifadə etdi. 

2005-ci ilin may ayında əvvəllər Cozef Ratçinqerə məxsus (roma papası XVI Benedikt) Volkswagen Golf avtomobili 188,938.88 avroya satılmışdı. Bu avtomobilin də sahibi GoldenPalace.com oldu.

2004-cü ilin sentyabrında MagicGoat.com-un sahibi öz zibil qutusunun içərisindəkiləri orta məktəbin incəsənət müəlliminə satıb. Onun şagirdləri isə vaxtilə bu zibil haqqında esse yazmışdılar.

50 000 illik mamont. Bu nəhəng 2004-cü ildə alman sahibi tərəfindən saxlanılmağa yer olmadığı səbəbindən satışa çıxarılmış və 61 000 funta satılmışdı. Ekspertlərin bildirdiyinə görə, bu moment dünyada yeganə mamont skeleti nümunələrindəndir ki, 90% orijinal sümüklərdən ibarətdir.

Cockeyed.com-un sahibi öz saytında 1 piksellik reklam hissəsini 21 günlük istifadə üçün 100 dollara satmışdı.

Elvis Preslinin 1977-ci ildə Şimali Karolinaya konsertə özü ilə apardığı fincanının dibində qalan su 455 dollara satılmışdı.

Klaiforniya şəhəri Bridgeville üç dəfə hərracda satışa çıxarılıb. 2002-ci ildə bu şəhər 1,77 milyon dollara satılmışdı. Lakin daha sonra müştəri bu “daşınmaz əmlakı” müşahidə etdikdən sonra müqavilədən imtina etmişdi. 2006-cı ildə bu şəhər sahibi tərəfindən 1,75 milyon dollara yenidən satışa çıxarıldı. 2007-ci ildə isə onun başqa bir sahibi bir neçə ay ərzində onu 1,3 milyon dollara satmağa çalışırdı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər