22 C
Baku
Monday, September 30, 2024

eBay vasitəsilə terrorizmi maliyyələşdirən sxemin üstü açılıb

Banker.az xəbər verir ki, Amerika hüquq-mühafizə orqanları “İslam dövləti” (İŞİD) terror qruplaşmasının nümayəndələrindən birinin rəhbərlik etdiyi dünya maliyyə şəbəkəsinin üstünü açıb.

Sözügedən bu şəbəkə eBay internet-hərracında saxta tranzaksiyalar vasitəsilə terroristlərə qanunsuz şəkildə pul vəsaitlərinin göndərilməsi ilə məşğul olurmuş.

Tranzaksiyaları qəbul edən şəxs qismində isə bir ildən artıq müddətdir saxlanılan ABŞ vətəndaşı Məhəmməd Elşinavi çıxış edir. Dövlətin ittiham aktında deyilir ki, şübhəli şəxs İŞİD qruplaşmasına sədaqət andı içib və PayPal ödəniş sistemi vasitəsilə pul vəsaitlərinin əldə edilməsini ört-basdır etmək üçün eBay platformasında printerlər satıb.

Elşinavi bildirib ki, əldə etdiyi pulları ABŞ-da “əməliyyat məqsədləri”, həmçinin terror aktlarının törədilməsi üçün istifadə etmək tapşırığı alıb.

Bundan əlavə, şəbəkənin digər bir neçə üzvlərinin Britaniya və Banqladeşdə də həbs edildiyi bildirilir.

eBay şirkəti məsələ ilə bağlı hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini vurğulayıb. PayPal nümayəndələri də öz növbəsində öz platformasında terrorçuların fəallığının qarşısının alınması üçün böyük səylər göstərdiyini deyib.

 

Son xəbərlər
Digər xəbərlər