-3 C
Baku
Sunday, December 15, 2024

eBay xaker hücumuna məruz qaldı

eBay şirkəti xaker hücumuna məruz qaldığını elan etdi və bu səbəbdən də istifadəçilərə hesablar üzrə şifrələrini dəyişmələrini məsləhət görür. Qeyd edək ki, kiber hücum şifrələr və şəxsi məlumatlar bazasına edilmişdir. Bu hücum fevralın sonu, yaxud mart ayının əvvəlində baş tutsa da, onun izləri yalnızca iki həftə əvvəl aşkar edilir. 

Xakerlər şifrələnmiş parollar bazasını oğurlamışlar. Lakin bununla belə istifadəçilərin adları, mail ünvanları, ev ünvanları, telefon nömrələri və doğum tarixlərinə toxunulmayıb. Xakerlər bazanın şifrəsini açana qədər hesab sahiblərinin öz şifrələrini dəyişmək imkanları var.

Şirkət tədqiqat işinin başlanması üçün öz mütəxəssislərini və hüquq – mühafizə orqanlarındakı nümayəndələrini işə cəlb etmişdir. Bir faktı da qeyd edək ki, şirkət kiber hücuma məruz qaldığı barədə məlumat verdikdən sonra, eBay-ın səhmlərinin dəyəri 2% enmişdir.

Son xəbərlər
Digər xəbərlər