23 C
Baku
Monday, September 16, 2024

eBayda 8 min dollara Donald Trump “arağı” satılır

Donald Trumpın ABŞ prezident seçkilərində qalib gəlməsi elan olunduqdan sonra online hərrac platforması olan eBay-ın saytında 3,333 min dollara Trump vodkasının satılması haqqında elan peyda oldu. Elan “Yeni prezidentimizin seçilməsini bayram edək” təklifi ilə müşayiət olundu. Bakı vaxtı ilə təxminən 17:00-da təklifin dəyəri ikiqat artdı və 7,777 min dollar təşkil edirdi.

Əvvəllər də hərracda milyarderdən bu cür spirtli içki çüçələri satışa çıxarılsa da, onların dəyəri 100-250 dollar həddində dəyişirdi.

Trumpın vodka biznesi uzun müddət davam etməyib. Biznesmen 2005-ci ildə Drinks Americas Holdings şirkətinin partnyoru olur. Adının istifadə edilməsi hüququnu bəxş edən gələcək prezident gəlirdən pay əldə edirdi. Dəyəri 30 dollardan başlayan və üzərində “T” hərfi olan xüsusi içkilər “Success Distilled” (“Distillə edilmiş uğur”) sloqanı ilə satılırdı. Trump özü isə T&T (Trump&Tonic) kokteylinin Amerikada ən populyar içki olacağına söz vermişdi.

İlk və yeganə Trump Super Premium Vodka içki partiyası 2000 yeşiklik istehsal edilir və 2008-ci ildə Rusiyaya göndərilir. Bu içkinin dəyəri 7,5 dollar idi.

2011-ci ildə Çin və Hollandiya satış platformalarında da vodka buraxılması dayandırılır. Keçmiş parnyorlar isə məsələni qarşılıqlı məhkəmə iddiaları ilə həll etməyə çalışır. Hazırda vodka İsraildə satılır. Bu satışı isə keçmiş Trump Vodka idxalçısı olan H.Pixel International Trade Ltd şirkəti təşkil etmişdi.

Son xəbərlər
Digər xəbərlər