7 C
Baku
Thursday, December 12, 2024

EBITDA hesablanması nədir?

EBITDA – şirkətin maliyyə hesabatları əsasında hesablanır və şirkətin əsas fəaliyyətinin nə dərəcədə gəlirli olduğunu qiymətləndirməyə xidmət edir. Göstərici analoji sahələri müqayisə etmək üçün istifadə olunur və şirkətin müxtəlif kreditorlar qarşısında olan borcundan asılı olmayaraq onun fəaliyyətinin effektivliyini təyin etməyə kömək edir. 

Göstərici mühasibat uçotu standartlarının bir hissəsi deyil. İlk olaraq borc vəsaitlərinin ödənməsi müqavilələrinin təhlili üçün nəzərdə tutulmuşdu və bir sıra çatışmazlıqlara sahibdir. Buna abxmayaraq isə, şirkətlərin təhlil edilməsi üçün geniş şəkildə istifadə edilir.

EBITDA göstəricisi aşağıdakı kimi hesablanır:

Xalis gəlir

+ Gəlir vergisi xərcləri

– Mənfəət vergisinin ödənilməsi

(+ Növbədənkənar xərclər)

(- Növbədənkənar gəlirlər)

+ Ödənilmiş faizlər

– Əldə edilmiş faizlər

= EBIT

+ Maddi və qeyri-maddi aktivlərin amortizasiyası

– Aktivlərin yenidən qiymətləndirilməsi

= EBITDA

Son xəbərlər
Digər xəbərlər