Dünya bankı Ebola epidemiyasının yarada biləcəyi maliyyə itkiləri məsələsini qiymətləndirmişdir. Belə ki, Afrika iqtisadiyyatı Ebola epidemiyasının gələcəkdə inkişaf edəcəyi təqdirdə 2015-ci ilin sonuna qədər 32,6 milyard dollar itirə bilər.
Əsas zərbə ilə hazırda epidemiyanın inkişaf ocağı hesab edilən Qvineya, Liberiya və Sierra-Lione üzləşəcək. Verilən məlumatlara görə, virusun yayılması 2014-cü ildə dayanarsa müsbət “ssenari” barədə də düşünmək olar. Bu halda Qərbi Avropa ölkələrinin maliyyə itkisi 2,2 milyard dollardan 7,4 milyard dollara qədər ola bilər.
Ümumdünya səhiyyə təşkilatının verdiyi məlumata görə, hazırda Ebola virusundan həlak olanalrın sayı 3439 nəfər təşkil edir. Virusla yoluxma halları həmçinin ABŞ və İspaniyada da qeydə alınmışdır.