7 C
Baku
Sunday, December 15, 2024

EBRD 2016-cı ildə xalis mənfəətini 1 mlrd. avroya qədər artırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2016-cı ildə xalis mənfəətini 2015-ci ilin maliyyə göstəricisi ilə müqayisədə 25% – 1 mlrd. avroya qədər artırıb. Bu barədə AYİB-in saytında məlumat verilir.

Ötən ilin yekunları üzrə bankın kapitalının rentabelliyi 5,5% təşkil edib.

AYİB 2015-ci ildə 802 mln. avro məbləğində xalis mənfəət əldə edib, 2014-cü ildə RF və Ukraynada iqtisadi vəziyyətlə əlaqədar bankın xalis zərəri 568 mln. avro təşkil edib.

Ötən il bank 9,4 mlrd. avro dəyərində 378 layihəni maliyyələşdirib.

2016-cı ildə AYİB-in kredit portfelində NPL-in payı 2015-ci ildə qeydə alınmış 5,9%-dən 5,5%-dək azalıb

Son xəbərlər
Digər xəbərlər