13 C
Baku
Friday, April 19, 2024

EBRD: 2019-cu ildə Azərbaycanda ÜDM 3,5% artacaq, 2020-ci ildə 3,3%-dək azalacaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2019-cu ildə Azərbaycanda ÜDM-nin 3,5% artacağını proqnozlaşdırır. Bu barədə bankın may ayına olan regional iqtisadiyyata dair icmalında (Regional Economic Prospects) deyilir.

Ötən ilin noyabr ayında AYİB 2019-cu il üçün Azərbaycanda ÜDM artımını 3,5% səviyyəsində proqnozlaşdırmışdı.

Bankın qiymətləndirmələrinə görə, 2020-ci ildə respublikada ÜDM 3,3% artacaq.

“2018-ci ildə Azərbaycanda ÜDM 1,4% artıb ki, bu da neftin bahalaşması, eləcə də qaz hasilatı və ixracının artması ilə şərtlənib. Qeyri-neft sektoru 1,9% artıb. İnflyasiya 12,9%-dən (2017) 2,3%-dək (2018) azalıb, bu isə pul-kredit siyasətini daha da yumşaltmağa imkan verəcək”, – deyə bank qeyd edir.

AYİB-in qiymətləndirmələrinə görə, 2018-ci illə müqayisədə 2019-2020-ci illərdə ÜDM-nin nisbətən yüksək artım tempi neft-qaz sektorunda müsbət dinamika ilə bağlı olacaq.

Azərbaycan hökuməti 2019-cu ildə ÜDM-nin 3,6%, 2020-ci ildə 3,8% artacağaını proqnozlaşdırır.

Azərbaycan 1992-ci ildən etibarən AYİB-in üzvüdür. 31 yanvar 2019-cu il tarixinə AYİB Azərbaycanda 167 layihəni maliyyələşdirib. Həmin layihələrə ümumilikdə 3,2 mlrd. avro yatırılıb. Hazırda bank respublikada 44 layihə reallaşdırır və 1,4 mlrd. avro məbləğində aktiv portfelə malikdir. Bankın portfelinin 24%-i özəl sektorun, 2%-i isə kapitala qoyulan sərmayələrin payına düşür.

Son xəbərlər
Digər xəbərlər