5 C
Baku
Friday, February 6, 2026

EBRD 2025-ci ildə Azərbaycandakı layihələrə 81 milyon avro vəsait ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2025-ci ildə Azərbaycandakı 10 layihənin maliyyələşdirilməsi üçün 81 milyon avro ayırıb.

Banker.az bu barədə Banka istinadən xəbər verir.

Ötən il dekabrın 31-nə EBRD-nin Azərbaycandakı layihələr üçün hazırkı kredit portfeli 906 milyon avro olaraq qiymətləndirilib və bunun da 40 %-i özəl sektorun payına düşüb.

Hazırda 36 layihə aktivdir.

EBRD-nin məlumatına görə, hazırkı portfelin əksəriyyəti, yəni 90 %-i (812 milyon avro) davamlı infrastrukturun inkişafına, 7 %-i (64 milyon avro) maliyyə institutlarına, digər 3 %-i (30 milyon avro) isə korporativ sektora yönəldilib.

Ümumilikdə, bank Azərbaycandakı 201 layihəyə 3,648 milyard avro investisiya qoyub.

Bankın ölkədəki əməliyyat aktivləri 31 dekabr 2025-ci il tarixinə 695 milyon avro təşkil edib.

2024-cü ildə EBRD ölkəyə səkkiz layihənin maliyyələşdirilməsi üçün ümumilikdə 199 milyon avro məbləğində kredit verib ki, bu da 2023-cü illə müqayisədə 27,6 % (43 milyon avro) artım deməkdir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər