27 C
Baku
Saturday, July 27, 2024

EBRD: Azərbaycan iqtisadiyyatının artımı neftin qiymətinin stabilliyindən asılıdır

Avropa Yenidənqurma və İnkişaf Bankının ekspertləri hesab edirlər ki, Azərbaycan iqtisadiyyatının bərpası xammal məhsulları, öncə neftin qiymətinin dəyişməməsi halında davam edəcək.

“Proqnozlarımıza əsasən, 2018-ci ildə Azərbaycanda real ÜDM-in 1,5% və 2019-cu ildə 3,5% təşkil edəcək. Yaxın artım perspektivləri neftin qiymətinin nisbətən stabil tendensiyası və qaz hasilatı və ixracı imkanlarının daim genişlənməsi ilə dəstəklənir”, – AYİB-nin saytında dərc olunan “Transition Report 2018-19”-da qeyd edilir.

Bank vurğulayır ki, iqtisadiyyatın tədricən şaxələnməsi ortamüddətli iqtisadi artım üçün yaxşı perpektivlərə malikdir.

“Lakin qeyri-neft iqtisadiyyatının rolunun möhkəmlənməsi məqsədilə çox şey etmək lazımdır”, – hesabatda qeyd olunur.

Azərbaycan hökuməti 2018-ci ildə ÜDM-in artımını 2%, 2019-cu ildə – 3,6% səviyyəsində proqnozlaşdırır.

2017-ci ildə Azərbaycanda ÜDM-in artımı 2016-cı ildə 3,1% azaldıqdan sonra 0,1% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər