5 C
Baku
Wednesday, February 21, 2024

EBRD “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə 60 mln dollar kredit ayıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) yeni gəmilərin alınması ilə bağlı 60 milyon ABŞ dolları məbləğində uzunmüddətli kredit ayıracaq.

Kreditin təsdiqi bankın Direktorlar Şurası tərəfindən aprelin 26-na planlaşdırılıb.

Məlumatda bildirilir ki, bu layihə səhmdar cəmiyyətə Xəzər dənizindən kənarda – beynəlxalq sularda kommersiya donanması əməliyyatlarını genişləndirməyə, regional əlaqə və ticarət münasibətlərinin inkişafı etdirməsinə dəstək verəcək.

Bundan başqa, layihə ASCO-ya tranzit yüklərinin daşınmasını artırmağa, marşrut istiqamətlərini şaxələndilməsi üçün əlavə gəmilərin alınması ilə “rəqabət” keçid keyfiyyətini yüksəltməyə, həmçinin şirkətin beynəlxal sularda olan gəlirlərini artırmaqla Orta Dəhlizdə nəqliyyat əlçatanlığını asanlaşdırmağa imkan verəcək.

Xatırladaq ki, ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100% dövlətə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər