10 C
Baku
Thursday, December 12, 2024

EBRD: Azərbaycanda inflyasiya 3,5%-dək azalacaq, cari əməliyyatlar hesabının profisiti 6,6%-dək artacaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB və ya ingilis dilində qısaca EBRD) 2018-ci ildə orta illik inflyasiyanın 2017-ci ilin yekunları üzrə 12,9%-ə qarşı 3,5%-dək azalmasını proqnozlaşdırır. Banker.az bu barədə İnterfaks agentliyinə istinadən məlumat verir.

“2018-ci ilin 9 ayı ərzində iqtisadi artım 0,8% təşkil edib, baxmayaraq ki, qeyri-neft sektorunda artım tepmləri 1%-dək azalıb. İnflyasiya pul-kredit siyasətinin zəifləməsi üçün şərait yaradaraq, 2017-ci ildə 12,9%-dən 2018-ci ilin 9 ayı ərzində 2,6%-dək azalıb. Nəticə olaraq, cari il Mərkəzi Bank (AMB) 2018-ci ilin fevral ayında təkrar maliyyələşdirmə dərəcəsini 15%-dən cari ilin oktyabr ayında 9,75%-dək azaldıb”, – AYİB-nin saytında dərc olunan “Transition Report 2018-19”-da qeyd olunur.

Bank qeyd edir ki, beş il ardıcıl olaraq iqtisadiyyata kapital qoyuluşlarının ümumi həcminin azalması müşahidə edilir. Eyni zamanda, bank 2018-ci ilin yanvar-sentyabr aylarında qeyri-neft sektoruna kapital qoyuluşlarında artım olduğunu qeyd edir.

“Neftin daha yüksək qiyməti xarici balansların möhkəmlənməsi və milli valyutanın məzənnəsinin stabilləşməsinə imkan yaradır. Cari əməliyyatlar hesabının profisiti artır və 2018-ci ilin yekunları üzrə 2017-ci ildə ÜDM-in 4,1%-nə qarşı ÜDM-in 6,6%-ni təşkil edəcək”, – bank qeyd edir.

O cümlədən, bank qeyri-neft malların və xidmətlərin artımı daxil olmaqla, xarici ticarətdə müsbət tendensiyaların olduğunu vurğulayır.

Bankın qiymətləndirmələrinə görə, AMB və ARDNF-nin valyuta ehtiyatları tədricən bərpa olunur (2018-ci il sentyabr ayının sonuna $5,5 mlrd. və $39 mlrd. təşkil edir), bu da kifayət qədər likvidlik buferi yaradır.

Azərbaycan hökuməti 2018-ci ilin yekunları üzrə orta illik inflyasiyanı 3,1% səviyyəsində proqnozlaşdırır.

Son xəbərlər
Digər xəbərlər