6 C
Baku
Sunday, December 15, 2024

EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il Azərbaycanda real ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 3,1 % artacağını proqnozlaşdırır.

Bu barədə EBRD-nin “Regional İqtisadi Perspektivlər” hesabatında bildirilib.

Sənədə əsasən, bu, Bankın sentyabr ayındakı proqnozu ilə müqayisədə 0,6 faiz bəndi çoxdur.

EBRD 2025-ci ildə Azərbaycanda real iqtisadi artımın 2,7 % olacağını gözləyir.

Bank Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Qafqaz regionunun iqtisadiyyatının bu il 3,5 % (0,4 faiz bəndi çox), gələn il isə 4,9 % böyüyəcəyini bəyan edib.

Son xəbərlər
Digər xəbərlər