10 C
Baku
Monday, November 25, 2024

EBRD Azərbaycanda layihələrin maliyyələşdirilmə həcmini 7 dəfə artırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2017-ci ildə Azərbaycanın dövlət və özəl sektorunda layihələrin reallaşdırılmasına 456 mln. avro kredit ayırıb.

“2017-ci ildə AYİB Azərbaycanın dövlət və özəl sektorunda 9 layihənin reallaşdırılmasına 456 mln. avro məbləğində kredit ayırıb”, – deyə bankdan “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verilib.

2016-cı ildə bank respublikada 9 layihənin maliyyələşdirilməsinə 63 mln. avro kredit ayırıb. Beləlikə, bu il kreditləşmənin həcmi 7,2 dəfə artıb.

2017-ci ildə kreditləşmənin həcminin artması AYİB tərəfindən Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsinin maliyyələşdirilməsinə $500 mln. məbləğində kreditin ayrılması ilə şərtlənib.

31 dekabr 2017-ci il tarixinə bankın Azərbaycanda 50 layihə üzrə cari portfeli 1 mlrd. 176 mln. avro məbləğində qiymətləndirilir. Bu vəsaitlərin 61%-i energetika, 29%-i infrastruktur, 6%-i maliyyə, 4%-i istehsala yönəldilib

Son xəbərlər
Digər xəbərlər