4 C
Baku
Tuesday, December 24, 2024

EBRD Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozunu açıqlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2024-cü ildə Azərbaycanın iqtisadi artım ilə bağlı proqnozunu may ayındakı 3,1%-dən 3,8%-ə yüksəldib.

Bu barədə Bankın bu gün dərc edilmiş regional icmalında bildirilir.

EBRD-nin Azərbaycanın 2025-ci il üçün ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozu isə dəyişməyərək 2,7% qalıb.

“Güclü dövlət investisiyaları və əhalinin real gəlirlərinin artması 2024-cü ilin I yarısında Azərbaycanın qeyri-neft ÜDM-nin davamlı artımını dəstəkləyib, neft-qaz sektoru isə Avropa bazarında tələbatın artmasından faydalanıb. Kreditləşmənin artımı daha da sürətlənərək 20%-i ötüb, həm korporativ, həm də pərakəndə kreditləşmə yaxşı nəticələr göstərib”, – bank vurğulayıb.

EBRD qeyd edib ki, I yarımildə Azərbaycanda inflyasiya hədəf diapazonundan (4±2%) aşağı olub.

“Azərbaycan Mərkəzi Bankı bu ilin may ayında uçot dərəcəsini 7,25%-ə endirib və o vaxtdan bəri güclü daxili tələbat səbəbindən onu bu səviyyədə saxlayır. Azərbaycan iqtisadiyyatının qısamüddətli artım perspektivləri müsbət olaraq qalır. Proqnozlaşdırılır ki, qaz hasilatı və ixracı növbəti illərdə əhəmiyyətli dərəcədə artacaq ki, bu da sabit gəlirləri təmin edəcək. Eyni zamanda, geniş valyuta ehtiyatları infrastruktura dövlət investisiyalarını dəstəkləməyə davam edəcək. Neft və qaz qiymətlərinin dəyişkənliyi və regional geosiyasi hadisələr Azərbaycan iqtisadiyyatı üçün əsas risklər olaraq qalır ki, bunlar da ölkə proqnozuna təsir göstərə bilər”, – icmalda vurğulanıb.

Azərbaycan hökuməti 2024-cü ildə ÜDM-in 4,2%, 2025-ci ildə isə 3,5% artacağını gözləyir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər