Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) gələn il Gürcüstanda iqtisadi artımın 3,5% olacağını proqnozlaşdırır.
Bu barədə qurumun hesabatında bildirilir.
Bundan başqa, sənədə əsasən, Gürcüstan iqtisadiyyatı bu il 5% kiçiləcək.
“Koronavirus (COVID-19) pandemiyası Gürcüstanın böyük olmayan və açıq iqtisadiyyatı üçün xüsusən dağıdıcıdır. İqtisadiyyatın bərpa edilməsi turizm sektorunun dirçəlməsindən asılı olacaq”, – deyə EBRD bəyan edib.