2 C
Baku
Sunday, December 15, 2024

EBRD “Holcim Azerbaijan”dakı payını satıb

Azərbaycanın ən iri sement istehsalçısı – “Holcim Azerbaijan” ASC-nin səhmlərinin 10%-nə nəzarət edən Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) payını satıb.

Səhmləri şirkətin digər səhmdarı – İsveçrənin “Lafarge Holcim” əldə edib və payını 66%-dən 76%-ə çatdırıb.

“Holcim Azerbaijan”ın səhmlərinin qalan 10%-i əvvəlki kimi İsveçrənin “Holcim Auslandbeteiligungs GmbH.” şirkətinə, 14%-i isə fiziki şəxslərə məxsusdur.

Xatırladaq ki, “Holcim Azerbaijan” 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 31 812 880 manatdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər