13 C
Baku
Sunday, November 16, 2025

EBRD “İstanbul Borsa”sındakı payını satıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “İstanbul Borsa”sındakı (BIST) payını satıb.

Bu barədə Banka istinadən xəbər verilir.

Məlumata görə, səhmlərin alqı-satqısı 2019-cu ilin dekabrın 31-də baş tutub.

Qeyd edək ki, EBRD 2015-ci ilin dekabrından etibarən İstanbul Birjasında 10%-lik paya sahib idi.

Bank açıqlamasında Türkiyə üzrə təsdiqlənmiş 5 illik yeni ölkə strategiyası çərçivəsində Türkiyənin yerli valyuta ilə ifadə olunan maliyyə məhsulları və yerli kapital bazarlarının dərinləşməsi üçün əlverişli mühitin yaradılması naminə dəstəyini davam etdirəcəyini qeyd edib.

EBRD həmçinin bu alqı-satqı əməliyatının İlkin Kütləvi Təklif (IPO) və pre-IPO bazarının inkişafına müsbət təsir edəcəyini açıqlayıb.

©Report

Son xəbərlər
Digər xəbərlər