18 C
Baku
Friday, September 26, 2025

EBRD-nin Azərbaycan manatı ilə istiqraz emissiyasının parametrləri açıqlanıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı ilk istiqraz emissiyasının dəyəri 50 milyon manat olacaq.

Bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Məlumata görə, söhbət hər birinin nominal dəyəri 100 min manat olan 500 ədəd istiqrazdan gedir.

İstiqrazlar “Bakı Fond Birjası” QSC-də yerləşdiriləcək, 1 oktyabr 2025-ci ildən 1 oktyabr 2026-cı ilə qədər dövriyyədə olacaq. Faizlər AZİR indeksinə uyğun olaraq rübdə bir dəfə ödəniləcək.

Mənbə Report

Son xəbərlər
Digər xəbərlər