Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı aktiv portfelinin həcmi 842 mln.avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Bu rəqəm bank tərəfindən təqdim edilən son göstərici (fevralın 28-i) ilə müqayisədə 2.3% artıb. Layihələrin sayı dəyişməz 34-ə çatıb.
Bu barədə EBRD-dən bildirilib.
Qeyd olunub ki, portfelin 88%-ni (742 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 8%-ni (70 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 6%-ni (31 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 4.1% artaraq 755 mln.avro təşkil edib.
Beləliklə, EBRD bu günədək Azərbaycana 181 layihə çərçivəsində 3.554 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 86.2 %-i (3,066 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 12%-i özəl sektorun payına düşüb.