13 C
Baku
Tuesday, May 21, 2024

EBRD-nin iyulda Azərbaycana ayırdığı vəsaitin həcmi 18 mln. avro azalıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD)2018-ci ilin iyul ayında Azərbaycana ayırdığı vəsaitlərin ümumi həcmi 18 mln. avro və yaxud 0,57% azalaraq 2018-ci il avqustun 1-nə 3,163 mlrd. avro təşkil edib.

Verilmiş borclarda özəl sektorun mövqeyi dəyişməyərək 25% olaraq qalıb. Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə 1 ədəd yaxud 0,6% artaraq 168-ə yüksəlib.

Qeyd edilən dövrdə Azərbaycanın EBRD-yə ödənişlərinin həcmi 6 mln. avro və yaxud 0,25% azalaraq 2,352 mlrd. avroya düşüb. Bankın Azərbaycandakı əməliyyat aktivləri isə 3 mln. avro və yaxud 0,31% artaraq 979 mln. avro olub.

Hesabat dövründə EBRD-nin ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfelin həcmi isə 7 mln. avro yaxud 0,49% azalaraq 1,433 mlrd. avroya bərabər olub.

EBRD-nin Azərbaycandakı aktiv layihə portfelində də dəyişiklik baş verib. Belə ki, bu layihələrin sayı 1 vahid yaxud 2% artaraq 50-yə çatıb.

Bankın Azərbaycandakı portfelində isə dəyişiklik olmayıb. Belə ki, ötən ilin oktyabrından bəri səhm payı 2% olaraq qalıb.

EBRD-nin cari portfelinin 49,72%-i yaxud 709 mln. avroluq hissəsi enerji, 42,08%-i yaxud 600 mln. avroluq hissəsi infrastruktur, 5,05%-i yaxud 72 mln. avroluq hissəsi sənaye, kommersiya və aqrobiznes, 45 mln. avroluq yaxud 3,16%-lik hissəsi isə maliyyə institutlaşması üçün ayrılıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər