15 C
Baku
Saturday, April 20, 2024

EBRD-nin regional direktoru dəyişir

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan, Gürcüstan və Ermənistan üzrə regional direktoru dəyişir.

Banker.az Report-a istinadla xəbər verir ki, indiyə qədər bu vəzifəni tutan Bruno Balvaneranı aprelin 1-dən Katarina Byorlin Hansen əvəz edəcək.

B.Balvanera isə isə EBRD-nin Mərkəzi Asiya ölkələri üzrə regional direktoru təyin olunub.

K.B.Hansen Cənubi Qafqaza regional direktor təyin edilməsindən məmnun olduğunu bildirib: “Qafqaz olduqca strateji regiondur. Bölgənin gələcək inkişafı üçün böyük potensialı var. EBRD bundan sonra da investisiyalar və islahatlar vasitəsilə burada inkişaf prosesini dəstəkləyəcək”.

Son xəbərlər
Digər xəbərlər