Potensial üstünlüklər isə Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlıq, Orta Dəhlizin genişlənməsi və ABŞ-ın dəstəklədiyi Ermənistanla sülh çərçivəsindən irəli gəlir ki, bu da yeni ticarət marşrutlarını açaraq investor inamını gücləndirə bilər.
Banker.az xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) sentyabr ayına olan “Regional iqtisadi perspektivlər” icmalında yer alıb.
Bununla belə, icmalda öncə enerji qiymətlərində dəyişkənlik, qlobal ticarətdə qeyri-müəyyənlik və regional geosiyasi gərginlik əsas risklər olaraq qaldığı diqqətə çatdırılır.
Proqnozlara görə, 2025-ci ildə real ÜDM 2 faiz, 2026-cı ildə isə 2.5 faiz artacaq. Bu Bankın may proqnozu ilə eynidir. Burada möhkəm qeyri-neft fəaliyyəti zəif karbohidrogen sektoru ilə tarazlanacaq.
Azərbaycanın İqtisadiyyat Nazirliyi iqtisadi artımı 2026-cı ildə 2.9 % səviyyəsində proqnozlaşdırır.
Qeyd edilib ki, 2024-cü ildə 4.1 faiz olan Azərbaycanın iqtisadi artımı 2025-ci ilin ilk yarısında 1.5 faizə qədər zəifləyib. Buna səbəb karbohidrogen hasilatının 3.1 faiz azalması olsa da, tikinti, ticarət və turizm tərəfindən dəstəklənən qeyri-neft fəaliyyəti 3.8 faiz artıb.