Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ortamüddətli perspektivdə “Brent” markalı neftin qiymətinin bir barelə görə 55-65 dollar diapazonunda qalacağını proqnozlaşdırır.
RİA “Novosti”yə istinadən, bu barədə bankın “Regional iqtisadi perspektivlər” adlı payız icmalında qeyd olunub.
“Ortamüddətli perspektivdə “Brent” markalı neftin bir barelinə olan qiymətin 55-65 dollar səviyyəsində qalacağı gözlənilir, çünki tələbat artımı ABŞ-da şist neft istehsalının artması hesabına baş verə bilər”, – deyə hesabatda qeyd olunur.
AYİB-in yeni hesabatında bildirilir ki, sentyabrda neftin qiyməti 2015-ci ilin yayından ən yüksək həddinə çatıb ki, bu da qismən dolların zəifləməsi və neftə olan daha qlobal tələbat sayəsində baş verib.
“Cari ilin ilk 10 ayında neftin orta qiyməti 2016-cı ilin analoji dövrü ilə müqayisədə 19 faiz yuxarı olub”, — deyə hesabatda bildirilir.






