21 C
Baku
Friday, October 10, 2025

Əbu-Dabi dünyanın ilk piyadalar şəhəri olacaq

Əbu-Dabidə dəyəri 42 milyard dirhəm (təxminən 11,4 milyard dollar) olan yeni layihəyə start verilib. Layihənin məqsədi – Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında elə bir inteqrasiya olunmuş şəhər mühiti yaratmaqdır ki, sakinlər avtomobildən istifadə etmədən asanlıqla hərəkət edə bilsinlər. BƏƏ rəhbərliyi tərəfindən təsdiqlənmiş bu strateji plan, ictimai məkanların və nəqliyyat infrastrukturunun inkişafı vasitəsilə dayanıqlılığı artırmaq və yaşayış keyfiyyətini yüksəltmək məqsədi daşıyır, – “Khaleej Times” yazır.

Layihə müəlliflərinin fikrincə, Əbu-Dabi sakinləri bir rayondan digərinə piyada, ictimai nəqliyyatla və ya elektrik skuterləri ilə rahat gedə biləcəklər. Bölgələr arasındakı əlaqəlilik artırıldığından, hansısa xidmət bir ərazidə mövcud deyilsə, onu asanca qonşu rayonda tapmaq mümkün olacaq. Bu, izolyasiya olunmuş yaşayış kompleksləri modelini aradan qaldırır və şəhər mühitinin daha aktiv inkişafına təkan verir.

Artıq layihənin ilk mərhələsində bölgələrarası inteqrasiya səviyyəsinin 2023-cü ildəki 67%-dən bu il 81%-ə yüksəldilməsi nəzərdə tutulur. Dəyəri 12 milyard dirhəmdən (təxminən 3,2 milyard dollar) çox olan əsas layihələr çərçivəsində 200-dən artıq park və idman meydançası, 24 məktəb, 21 məscid, 28 ictimai məclis binası, 120 km piyada və 283 km velosiped yolu tikiləcək. Plan həmçinin dövlət xidmətlərinin səmərəliliyini artırmaq üçün süni intellekt texnologiyalarının tətbiqini də əhatə edir.

Şəhərsalma üzrə mütəxəssis Yomna Harada bildirib ki, bu yanaşma sayəsində sakinlər gündəlik ehtiyaclarını 15 dəqiqəlik məsafədə ödəyə biləcəklər.

Son xəbərlər
Digər xəbərlər