6 C
Baku
Friday, January 23, 2026

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başlayıb

Ukrayna münaqişəsinin nizamlanmasına həsr olunmuş Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar Əbu-Dabidə başlayıb. Bu barədə “Sky News” telekanalının “United Arab Emirates”dəki müxbiri Salli Lokvud məlumat verib.

Onun sözlərinə görə, hazırda Rusiya və Ukrayna nümayəndələrinin eyni otaqda olub-olmadığı məlum deyil.

Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Rusiya, ABŞ və Ukrayna arasında təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk görüşü yanvarın 23-də Əbu-Dabidə başlayacaq. Rusiya tərəfinin danışıqlar qrupuna Baş Qərargahın Baş İdarəsinin rəisi İgor Kostyukov rəhbərlik edir. Üçtərəfli işçi qrupunun Ukrayna tərəfinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov başçılıq edir.

Son xəbərlər
Digər xəbərlər