7 C
Baku
Thursday, December 12, 2024

ECB: Aİ iqtisadiyyatı staqflyasiyadan uzaqdır

Avropa Mərkəzi Bankının (ECB) bu gün, iyunun 22-də dərc etdiyi analitik materialda Aİ-də staqflyasiya ssenarisi qeyri-mümkün kimi qiymətləndirilir. Tənzimləyicinin analitiklərinin fikrincə, indiki vəziyyət Qərbi Avropada staqflyasiya ilə müşayiət olunan neft böhranının başladığı 1970-ci illərdəki şəraitdən əhəmiyyətli dərəcədə fərqlənir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

ECB nümayəndələri Avropa iqtisadiyyatının staqflyasiya ssenarisindən uzaq olmasının səbəbləri arasında Aİ ölkələrinin neft tədarükündən asılılığının azaldılmasını və əmək haqqının indeksləşdirilməsi yolu ilə inflyasiyaya ikinci dərəcəli təsir risklərinin azaldılmasını qeyd edirlər.

Eyni zamanda, ECB ekspertlərin inflyasiyanın və iqtisadi qeyri-müəyyənliyin artacağını gözlədiyini vurğulayır. Daha əvvəl “Financial Times” analitikləri Aİ ölkələrinin yüksək xərclərinin və Rusiyaya qarşı sanksiyalar səbəbindən enerji qiymətlərinin artmasının Avropa iqtisadiyyatını tənəzzülə sürükləyə biləcəyini proqnozlaşdırmışdılar.

Son xəbərlər
Digər xəbərlər