7 C
Baku
Friday, December 26, 2025

ECB alınan aktivlərin həcmini azaldır

Avropa Mərkəzi Bankının (AMB) rəhbərliyi kəmiyyət yumşaldılması (QE) proqramı çərçivəsində hər ay alınan aktivlərin həcminin azaldılmasını müzakirə edir. “APA-Economics” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinə AMB-dəki mənbə bildirib.

Bildirilir ki, AMB alınan aktivlərin həcmini planlaşdırılandan, yəni 2017-ci ilin mart ayından daha tez azaltmaq niyyətindədir.

Hazırda AMB hər ay 80 mlrd. avro (90 mlrd. dollar) həcmində aktiv alır.

Digər mənbə isə bildirir ki, AMB tədricən hər ay alınan aktivlərin həcmini 10 mlrd. avroyadək azaltmaq niyyətindədir.

Son xəbərlər
Digər xəbərlər