10 C
Baku
Thursday, December 12, 2024

ECB: Avropa bankları ilin sonuna qədər səhmdarlara €70 mlrd. ödəyəcək

Avropa Mərkəzi Bankının (ECB) bank nəzarəti üzrə rəhbəri Andrea Enria “Bloomberg TV”yə müsahibəsində bildirib ki, 2023-cü ilin sonuna qədər Avropa bankları səhmdarlara ümumilikdə təxminən 70 milyard avro ödəyəcək.

Cənab Enrianın sözlərinə görə, Aİ bankları bu il gəlirli olub, ona görə də gəlirləri əvvəlki illərin səviyyəsində bölüşdürməyi planlaşdırırlar. O qeyd edib ki, elan etdiyi məbləğ “ilkin”dir.

Agentliyin məlumatına görə, Aİ-nin 10 ən böyük bankının kapitalı tənzimləmə məqsədləri üçün tələb olunan vəsaiti 140 milyard avrodan çox üstələyir. Cənab Enria bildirib ki, ECB səhmdarların ödənişlərinin bankların kapital trayektoriyasına uyğun olub-olmadığını qiymətləndirəcək.

Tənzimləyici orqanın sözçüsü xəbərdarlıq edib ki, banklar sayıq qalmalıdırlar. O bildirib ki, ECB hələ də kredit riskləri, xüsusən də daşınmaz əmlak sektorunda, o cümlədən kommersiya risklərindən narahatdır.

Xatırladaq ki, dekabrın 14-də ECB uçot faiz dərəcəsini eyni səviyyədə saxlamaq qərarına gəlib. Tənzimləyici sentyabr ayından bəri faiz dərəcələrini dəyişməyib.

Son xəbərlər
Digər xəbərlər