Avropa Mərkəzi Bankı (ECB) avronun məzənnəsindən asılı olmayaraq monetar ekspansiya prosesinə son qoymalıdır.
“İnterfax”a istinadən, bunu Almaniyanın “Deutsche Bank”ının baş direktoru Con Krayan (John Cryan) deyib.
Almaniyanın “Handelsblatt” qəzetinin təşkil etdiyi bank konfransında çıxış edən C.Krayan qeyd edib ki, monetar ekspansiya nəticəsində yaranan “ucuz pul”lar dövlətlərə və banklara böhrandan çıxmağa yardım edib, eyni zamanda daşınmaz əmlak bazarında və fond birjalarında kəskin bahalaşmaya gətirib-çıxarıb: “Bununla belə, mərkəzi banklar monetar stimullaşdırmanı sonlandırarkən maliyyə bazarlarında kəskin itkiləri tənzimləməlidirlər”.