ECB pul-kredit siyasətini dəyişməyib

Avropa Mərkəzi Bankı

Gözlənildiyi kimi, Avropa Mərkəzi Bankı (AMB) bu gün keçirdiyi iclasda pul-kredit siyasətini dəyişməyib. “APA-Economics” xəbər verir ki, AMB uçot dərəcəsini rekord 0% səviyyəsində saxlayıb ki, bu da analitiklərin proqnozu ilə üst-üstə düşüb.

Tənzimləyici depozitlər üzrə faiz dərəcəsini -0,4% səviyyəsində saxlayıb.

Bununla yanaşı, AMB kəmiyyət yumşaldılması (QE) proqramının tələblərini də dəyişməyib – tənzimləyici hər ay təxminən 80 mlrd. avro həcmində qiymətli kağız almağa davam edəcək.

Qeyd edək ki, bu, Böyük Britaniyanın Avropa İttifaqını tərk etdikdən sonra AMB-nin ilk qərarıdır.

Hazırda bazarlar AMB-nin prezidenti Mario Draqinin mətbuat konfransını gözləyir.
Sosial səhifələrdə paylaş