9 C
Baku
Sunday, November 17, 2024

ECB Rusiya ilə bağlı Avropa banklarına xəbərdarlıq edib

“Avropa bankları Rusiyadakı fəaliyyətlərini azaltmalı və tezliklə Rusiya bazarından çıxmalıdırlar”.

Bunu Avropa Mərkəzi Bankının (ECB) baş nəzarətçisi Andrea Enria mətbuat konfransda deyib.

O hesab edir ki, bankların Rusiyada öz fəaliyyətlərini daha da azaltmağa davam etməsi və Rusiya bazarını mümkün qədər tez tərk etməsi vacibdir.

Enria bankların Rusiyada yeni kreditlər vermədiyini və Rusiyanın təzyiqi səbəbindən ölkədə fəaliyyətlərini dayandırmağın çətin olduğunu etiraf edib, lakin daha çox addım atmağa ehtiyac olduğunu vurğulayıb.

Onun sözlərinə görə, “Raiffeisen” və “UniCredit”in Rusiyada olması Qərb dövlətlərinin sanksiyaları ilə mübarizə aparan Rusiya iqtisadiyyatı üçün vacibdir. Digər tərəfdən, hər iki bank Rusiyadakı fəaliyyətlərini azaltmağa çalışdıqlarını bildirirlər.

Rusiyadakı ən mühüm Qərb bankı olan “Raiffeisen” oradakı əməliyyatlarını satmaq və ya bölmək, eləcə də yeni şirkət yaratmaq variantlarını nəzərdən keçirdiyini açıqlayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər