18 C
Baku
Wednesday, November 19, 2025

Əcnəbilərin Azərbaycan banklarındakı depozitləri 1.3 mlrd. manata çatmaqla rekord vurub

Azərbaycanda əcnəbilərin depozitlərinin həcmi 1 milyard 328 milyon manata yüksəlməklə tarixi maksimuma yüksəlib.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, söhbətin cari ilin əvvəlinə olan göstəricidən gedir.

Bu son bir ildə 7 faiz və son iki ildə isə 13 faiz artımdır.

Digər maraqlı məqam ondan ibarətdir ki, qeyri-rezidentlərin depozitlərində manatın payının artmasıdır. Belə ki, bir il öncə əcnəbilərin manatda olan depozitlərinin həcmi 2023-cü ilin əvvəlində 27 faiz, 2024-cü ilin əvvəlində 31 faiz olduğu halda, 2025-ci ilin əvvəlinə bu rəqəm 36 faizə yüksəlib.

Əcnəbilərin depozitlərinin 472 milyon manatı yerli valyutada və 856 milyon manat ekvivalenti isə xarici valyutadadır.

Bununla belə, qeyri-rezidentlər Azərbaycandakı depozitlərinin böyük hissəsi, yəni 828 milyon manat ekvivalenti qısamüddətlidir.

Qeyd edək ki, 1 yanvar 2025-ci il tarixinə ölkədə ümumilikdə fiziki şəxslərin 14 milyard 662 milyon ekv. olmaqla, bunun da 13 milyard 334 milyon manat ekv. rezidentlərin depozitləridir.

098098

Son xəbərlər
Digər xəbərlər