17 C
Baku
Sunday, September 28, 2025

Əcnəbi tələbələr hər il Türkiyə iqtisadiyyatına $3 mrld. qazandırır

Türkiyə ali təhsil müəssisələrində təhsil alan xarici vətəndaşların sayına görə dünyada yeddinci yerdədir. Xarici tələbələrin Türkiyə iqtisadiyyatına töhfəsi ildə 3 milyard dollar dəyərində qiymətləndirilir.

Bunu Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar bildirib. Onun sözlərinə görə, bu gün Türkiyədə dünyanın 198 ölkəsindən təxminən 350 min nəfər təhsil alır.

YÖK rəhbəri Türkiyədə xarici tələbələrin hüquqlarının pozulmazlığının vacibliyini vurğulayaraq, onları ölkələr və xalqlar arasında “gələcəyin dostluq mədəniyyət körpüsü” adlandırıb.

“Əcnəbilərin Türkiyə universitetlərinə üstünlük verməsinin başlıca səbəbi münasib qiymətlərlə keyfiyyətli təhsil almaq imkanıdır”, – deyə E. Özvar qeyd edib.

Bununla yanaşı, o, ölkədəki ümumi xarici tələbələrin cəmi beş faizinin – təxminən 15 min nəfərin – təqaüd proqramı ilə təhsil aldığını bildirib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər