Azərbaycana gələn xarici turistlər 2023-cü ilin avqustunda bank kartları ilə 201 milyon manat pul xərcləyiblər.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Beləliklə, 2023-cü ilin ilk səkkiz ayında 1.4 milyard manatlıq əməliyyat aparıblar. Bu da illik müqayisədə 7% azalmadır.
| CƏMİ | 201.0 |
| Visa | 132.6 |
| MasterCard | 66.9 |
| American Express | 0.6 |
| Diners Club | 0.0 |
| UnionPay | 1.0 |
| Digər sistemlər | 0.0 |








