Rusiya prezidenti Vladimir Putin vətəndaşları mobil rabitə ilə bağlı cinayətlərdən qorumaq üçün qanun imzalayıb.
Qanun əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün abonent nömrələrinin sayına məhdudiyyət gətirir.
Belə ki, həmin şəxslər 10-dan çox SİM karta sahib ola bilməyəcəklər. Rusiya vətəndaşları üçün isə bu say əcnəbilər üçün olanın iki qatını təşkil edir. Yəni hər bir Rusiya vətəndaşı yalnız 20 SİM karta sahib ola biləcək.
Bundan başqa sənəd Nazirlər Kabinetinin tələblərinə uyğun olaraq xüsusi təchiz olunmuşlar istisna olmaqla, rabitə xidmətlərinin terminallar vasitəsilə nağd şəkildə ödənilməsini də qadağan edir. Rabitə xidmətlərinin nağd şəkildə anonim ödənişinə də məhdudiyyətlər qoyulur. Balansınızı yalnız Rusiya Bankı tərəfindən lisenziyalaşdırılmış kommersiya banklarında, poçt müəssisələrində və digər təşkilatlarda nağd şəkildə doldurmaq mümkün olacaq. Bunun üçün isə onlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.
Müvafiq qanun 2025-ci il aprelin 1-dən qüvvəyə minir.