Əcnəbilərin Azərbaycanda kartla xərcləmələri 11% artıb

2026-cı ilin ilk 7 ayında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda 919,61 milyon manat məbləğində əməliyyat həyata keçirilib.

Banker.az xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 89,99 milyon manat və ya 10,85% çoxdur. Ötən ilin yanvar–iyul aylarında bu kartlarla aparılan əməliyyatların həcmi 829,62 milyon manat təşkil edib.

Aylıq göstəricilər üzrə 2026-cı ildə əməliyyatların həcmi yanvarda 133,9 milyon manat, fevralda 113,5 milyon manat, martda 104,3 milyon manat, apreldə 112,6 milyon manat, mayda 138,91 milyon manat, iyunda 156,4 milyon manat, iyulda isə 160 milyon manat olub.

Beləliklə, iyul ayında qeyri-rezident kartları ilə aparılan əməliyyatların həcmi ilin əvvəlindən bəri ən yüksək səviyyəyə yüksəlib. İyul göstəricisi fevral ayı ilə müqayisədə təxminən 41%, yanvarla müqayisədə isə 19,5% çoxdur.

2026-cı ilin ilk yeddi ayında göstəricinin artması fonunda Azərbaycana gələn əcnəbilərin sayında azalma müşahidə olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar–iyul aylarında Azərbaycana 1 milyon 342,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,2% azdır.

Ölkəyə gələn əcnəbilərin ən böyük hissəsini Rusiya vətəndaşları təşkil edib – 28,3%. Türkiyənin payı 20%, İranın 7,9%, Gürcüstanın 4,7%, Qazaxıstanın isə 4,6% olub.9898 scaled

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər