6 C
Baku
Thursday, December 5, 2024

Əcnəbilərin bank kartları ilə əməliyyatları 2 mlrd. manata çatdı – REKORD

Əcnəbi şəxslər bank kartları ilə 2024-cü ilin ilk 9 ayında Azərbaycanda 1 milyard 988.5 milyon manat və ya 1 milyard 169.71 milyon ABŞ dolları dəyərində əməliyyatlar aparıblar.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Beləliklə, əcnəbilərin bank kartları ilə əməliyyatları keçən illə müqayisədə cari ilin ilk üç rübündə 739.9 milyon manat və ya 59% artıb.

Təkcə sentyabr ayında 265.4 milyon manatlıq əməliyyatlar aparılıb. Sentyabrdakı əməliyyatların 155.02 milyon manatı “Visa”, 106.08 milyon manatı isə “MasterCard” ilə aparılıb.32234234324

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 1 milyon 983.3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29.1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin 28.4 faizi Rusiya Federasiyası, 16.2 faizi Türkiyə, 9.1 faizi Hindistan, 8.1 faizi İran, 4.2 faizi Səudiyyə Ərəbistanı, 4.1 faizi Gürcüstan, 3.3 faizi Qazaxıstan, 2.9 faizi Pakistan, hər birindən 1.7 faiz olmaqla Özbəkistan, Çin və Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1.4 faiz olmaqla Küveyt və Ukrayna, hər birindən 1.2 faiz olmaqla İsrail və Türkmənistan, 1.1 faizi Oman, 1.0 faizi Belarus, 11.3 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 66.8 faizini kişilər, 33.2 faizini isə qadınlar təşkil edib.

 

Son xəbərlər
Digər xəbərlər