2025-ci ilin yanvar-avqust aylarında isə kart əməliyyatları 981,12 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% artım deməkdir.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2023-cü ilin ilk səkkiz ayında əcnəbi turistlərin Azərbaycanda bank kartları ilə apardıqları əməliyyatların həcmi 1 milyard 420,2 milyon manat olmuş, 2024-cü ilin eyni dövründə bu göstərici 928,2 milyon manata düşərək illik müqayisədə 34,6% azalmışdı.
Ötən avqust ayında bank kartları ilə 151,5 milyon manat əməliyyat aparılıb, bunu da 100,9 milyon manatı “Visa” və 46 milyon manatı isə “Mastercard”ın payına düşüb.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın 182 ölkəsindən 14 milyon 77,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmib. Gələnlərin 26,1 faizi Rusiya Federasiyası, 17,1 faizi Türkiyə, 8,1 faizi Hindistan, 7,9 faizi İran, 4,2 faizi Səudiyyə Ərəbistanı, 4,1 faizi Gürcüstan, 4,0 faizi Qazaxıstan, 3,2 faizi Pakistan, 2,3 faizi Çin, hər birindən 2,0 faiz olmaqla İsrail və Özbəkistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqla Belarus və Küveyt, 12,5 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 66,5 faizini kişilər, 33,5 faizini qadınlar təşkil etmişdir.