16 C
Baku
Friday, November 22, 2024

Əcnəbilərin manatda depozit qoymağa marağı yüksəlməkdədir

Azərbaycanda əcnəbi şəxslərin manata marağı artır və daha manatda qoyulan əmanətlərin həcmi 400 milyon manata çatıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 1 yanvar 2024-cü il tarixinə qeyri-rezident fiziki şəxslərin Azərbaycan banklarında 394 milyon manatlıq (153.3 mln. manatı cari hesab) əmanətləri var. Bu da ölkə tarixində indiyə qədər qeydə alınmış ən yüksək gösətəricidir. Əcnəbilərin manatda əmanətlərinin həcmi ilin əvvəlində 334.1 milyon manat təşkil edirdi.

Əcnəbilər manatda uzun müddətə yerləşdirdiyi depozitlərin həcmi isə 89.3 mln. manat olmaqla bu indiyə qədər qeydə alınmış ikinci ən yuxarı göstəricidir.

Ümumilikdə əcnəbilərin banklarda 1 mlrd. 242.3 mln. manat ekvivalentində əmanətləri olub, bunun da qalan 848.4 mln. manat ekv. xarici valyutadadır.

Statistikaya əsasən manatda yatırılmış depozitlərin 304.7 mln. manatı qısa müddətə qoyulub.

Qeyd edək ki, Azərbaycanda manat əmanətləri investisiya baxımından son iki ayda daha cəlbedici olmağa başlayıb. Belə ki, ölkədə inflyasiya 9%-dən aşağı olduğu halda, bəzi bankların depozitlərinin gəlirliliyi 9%-11% arasında dəyişir. Üstəlik 1 yanvar 2024-cü il tarixindən etibarən fiziki şəxslərin manatdakı depozitlərinin aylıq gəlirlilyi 200 manata qədəri vergidən azaddır.

09i

Son xəbərlər
Digər xəbərlər