6 C
Baku
Friday, December 26, 2025

Əcnəbilərin manatda uzunmüddətli əmanətləri tarixi rekord yeniləyib

2025-ci ilin dekabrında xarici vətəndaşların Azərbaycan banklarındakı depozitləri artımını davam etdirib və son illərin ən yüksək səviyyəsinə çatıb, manata uzunmüddətli yatırımlar isə sürətlə artıb. Məlumatlara görə, əcnəbilərin cəmi depozitlər 1 milyard 442 milyon manat təşkil edib. Bu, əvvəlki ilin eyni ayı ilə müqayisədə 219 mln. manat və ya təxminən 17.90% artım deməkdir.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Belə ki, 2024-cü ilin 1 dekabr tarixinə 1 mlrd. 223 mln. manat olmuşdu.

Əcnəbilər Azərbaycandakı depozitlərinin böyük hissəsini xarici valyutada yerləşdirsə də milli valyutada saxlanılan depozitlər daha sürətli yüksəliş göstərib və 548 mln. manata çatıb. İllik artım 137 mln. manat və ya 33.30% təşkil edib. Portfelə daha detallı baxdıqda isə bu vəsaitin 276 mln. manatının qısa müddətli olduğu görünür. Əsas diqqət çəkən məqam isə manatdakı qalan 271.9 mln. manatının uzun müddətli olmasıdır.

Xarici valyutada olan depozitlər isə 894 mln. manat səviyyəsində qərarlaşıb və ötən ilin eyni dövrünə nisbətən 82 mln. manat və ya 10.10% artıb.

2023-cü ilin dekabrından bu yana cəmi depozitlərdə 211 mln. manat (+17.10%), 2022-ci ilin dekabrı ilə müqayisədə isə 377 mln. manat (+35.40%) artım qeydə alınıb. Milli valyutada əmanətlər son 3 ildə ümumilikdə 245 mln. manat (+80.90%) artaraq bu seqmentin əsas artım mənbəyinə çevrilib. Xarici valyutada depozitlər isə 132 mln. manat və ya 17.30% yüksəlib.t3443 878787 scaled

Son xəbərlər
Digər xəbərlər