16 C
Baku
Friday, October 18, 2024

“Ecomedi” şirkəti nazirlikdən 4 milyon manatlıq sifariş aldı

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Ecomedi” QSC ilə 4 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Sanitar gigiyena xidmətlərinin (deratizasiya, dezinseksiya və dezinfeksiya) göstərilməsinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 3.680.094 manatdır.

Qeyd edək ki, “Ecomedi” QSC 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2000 manatdır və qanuni təmsilçisi Fəzail Məmmədovdur.

Son xəbərlər
Digər xəbərlər