Banker.az xəbər verir ki, The Economist analitikləri növbəti dəfə dünyanın həyat üçün ən rahat şəhərlərinin reytinqini nəşr edib.
İlk pillədə Avstraliyanın Melburn şəhəri, ikinci pillədə isə Vyana şəhəri (Avstriya) yer alıb. Reytinq təşkil edilərkən təhlükəsizlik, səhiyyə, mədəniyyət, ətraf mühit, təhsil və infrastruktura kimi əsas kriteriyalar qiymətləndirilib.
Beləliklə, yaşayış üçün dünyanın ən rahat və yaxşı şəhərlərinin reytinqində yer alan ilk 10 şəhər:
1.Melburn, Avstraliya – 97,5 bal
2.Vyana, Avstriya – 97,4 bal
3.Vankuver, Kanada – 97,3 bal
4.Toronto, Kanada – 97,2 bal
5.Kalqari, Kanada – 96,6 bal
6.Adelaida, Avstraliya – 96,6 bal
7.Pert, Avstraliya – 95,9 bal
8.Oklend, Yeni Zellandiya – 95,7 bal
9.Helsinki, Finlandiya – 95,6 bal
10.Hamburq, Almaniya – 95 bal.