17 C
Baku
Saturday, May 4, 2024

ECOSAI təşkilatına sədrliyinin Azərbaycan üçün səmərəsi açıqlanıb

“Azərbaycan Respublikasının Hesablama Palatası Türkiyənin ali audit qurumu olaraq bizim üçün çox önəmli biri yoxlama qurumudur”.

Bunu açıqlamasında Türkiyənin Hesablama Palatasının sədrinin köməkçisi Yücel Turhan deyib.

Y.Turhan iki qurum arasında audit sahəsində bütün lazımi fəaliyyətlərin aparıldığını bildirib:

“Bunu iki dövlət arasında deyil, iki qardaş ölkə arasında edirik. ECOSAI (Ali Audit Qurumları Təşkilatı) təlimlər üzərinə qurulmuş bir təşkilat olmaqla bərabər ölkələrin də münasibətlərinə səbəb olur. Hal-hazırda ECOSAI təşkilatına sədirlik Qazaxıstan edir. Amma biz önümüzdəki seçimdə Azərbaycanı ECOSAI-nin sədri olaraq görmək istəyirik. Bunun həm Azərbaycan və Azərbaycanın ali audit qurumu üçün yaxşı bir hal olacağını düşünürəm. Azərbaycan türk dövlətləri içində mövqeyi gözəl olan bir ölkədir. İqtisadi imkanları da yaxşıdır. Bu fəaliyyətlərdə bir qədər əmək sərf etmək lazımdır ki, Azərbaycanın da bunu layiqincə edəcəyini düşünürən. Bunun da Azərbaycan üçün olduqca dəyərli olduğunu hesab edirəm. Çünki ECOSAI-də sədrliyini etdikdən sonra Azərbaycan digər beynəlxalq təşkilatlara da daxil ola bilər”.

Y.Turhan Azərbaycanın beynəxalq standartlara uyğun audit aparması istiqamətində işlər görüldüyünü qeyd edib:

“Türkiyə ilə Azərbaycanın yoxlama üsulları bir-birilə çox uyğun deyil. Türkiyə beynəlxalq standartlara uyğun audit aparan bir ölkədir. Azərbaycanın da bu mərhələdə beynəlxalq standartlara uyğun yoxlamalar aparmasını istəyirik. Bunun üçün də sıx çalışmalar aparırıq. Beynəxalq standartlara uyğun yoxlamalar aparmaq ölkənin yoxlamanın keyfiyyətindən əmin olmağına səbəb olur. Keyfiyyətli yoxlama apardıqda dövlət öz çatışmayan tərəflərini görüb onları həll edir”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər