10 C
Baku
Thursday, December 12, 2024

ECOWAS üç ölkənin çıxması səbəbindən hər il təxminən 70 mln. avro itirəcək

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) Burkina Faso, Mali və Nigerin təşkilatdan çıxışı səbəbindən hər il 68.6 milyon avrodan çox gəlir itirəcək.

Bu barədə Burkina Fasonun iqtisadiyyat və maliyyə naziri Abubakar Nakanabo bildirib.

“ECOWAS da zərər çəkəcək, çünki 15 ölkədən 12 ölkəyə qədər azalma gəlir itkisinə səbəb olacaq”, – qeyd edilib.

Nazirin sözlərinə görə, Burkina Fasonun təşkilatdan çıxmasının ölkə iqtisadiyyatı üçün nəticələri əhəmiyyətli olmayacaq.

Qeyd edək ki, yanvarın 28-də Burkina Faso, Mali və Niger Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxmaq qərarına gəlib.

ECOWAS-ın məqsədi tamhüquqlu iqtisadi və ticarət ittifaqının qurulması yolu ilə üzv dövlətlər üçün kollektiv özünütəminata nail olmaqdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər