Azərbaycan 2016-cı ildə tutduğu dördüncü yerdən 2024-cü ilin birinci yarısında ikinci yerə yüksələrək, Avrasiya regionunda Rusiyadan sonra ikinci ən böyük investora çevrilib.
Bu barədə Avrasiya İnkişaf Bankının (EDB) 2024-cü il üzrə hesabatında deyilir.
Hesabatda Avrasiya regionunda Azərbaycanın investisiya fəallığının artması qeyd edilir.
Nəzərdən keçirilən dövr ərzində toplanmış birbaşa xarici investisiyaların həcmi təxminən iki dəfə – 1,7 milyarddan 3,1 milyard ABŞ dollarına qədər artıb.
Hesabatın müəllifləri Azərbaycanın Ukrayna, Gürcüstan və Qırğızıstandakı bir sıra layihələrini qeyd ediblər.
Belə ki, 2023-cü ilin oktyabrından Azərbaycan şirkəti Qırğız Respublikasında İssık-Kul gölünün sahilində parkı olan beşulduzlu hotelin tikintisinə başlayıb.
“Kara Oy kəndi yaxınlığında 17 hektardan çox ərazidə həyata keçirilən layihənin dəyəri 8-10 milyard Qırğız somu (112 milyon ABŞ dollarından çox) məbləğində qiymətləndirilir”, – hesabatda vurğulanır.