13 C
Baku
Sunday, September 29, 2024

Edgar Dale: məlumatın effektiv mənimsənilməsi

ABŞ-da məşhurluq qazanmış Edgar Dale məlumatın görmə və eşitmə qavrayışı prosesləri üçün töhfələr vermiş, həmçinin sözügedən məsələlər üzrə çox sayda metodika yaratmışdır.

O belə bir nəticəyə gəlmişdir ki:

  • Hər hansı bir mövzu üzrə mühazirələr dinləmək və material oxumaq  – nəyisə öyrənməyin ən az effektiv üsuludur;
  • Digərlərini öyrətmək və öyrənilən materialı öz şəxsi həyatında tətbiq etmək – nəyisə öyrənməyin ən effektiv üsuludur.

Edgar Dale eyni dərsliyi şagirdlərə müxtəlif üsullarla tədris edirdi. Daha sonra isə tədrisin sonunda onların əldə edilən informasiyanı yadda saxlamaq qabiliyyətlərini təhlil edirdi.

Məşhur pedaqoq məlumatın effektiv yadda saxlanılması üçün aşağıdakıları məsləhət görür:

Mühazirə aparın:

Mühazirə dinləmək hər hansı məlumatın əldə edilməsi və yadda saxlanılması üçün ən gərəksiz üsullardan biri olduğu halda, öyrəndiyiniz mövzu üzrə mühazirə demək bu məqsəd üçün ən effektiv üsullardan biridir.

Məqalə yazın:

Blog və yaxud web səhifəniz varsa öz mövzunuz üzrə məqalələr yaza bilərsiniz. BU məlumatın uzun müddətlik yaddaşınıza həkk olunmasına kömək edəcək.

Videomaterial yaradın:

Şəxsi blog və yaxud web səhifəniz yoxdursa belə həvəsdən düşməyə dəyməz. Hazırda hazır materialları öz portallarında yerləşdirən çoxlu sayda portallar vardır. Bu çox effektiv üsuldur. Belə ki, siz çox dar dinləyici çevrəsi üçün deyil, potensial dünya auditoriyası üçün mühazirə materialı hazırlayırsınız.

Dostlarınızla müzakirə edin:

Hər hansı materialın yadda saxlanılması üçün ən sadə və əlçatan üsullardan biri sosial çevrənizdə sahib olduğunuz dostlarınızla ünsiyyətdir. İstənilən uyğun zamanda sizin üçün maraqlı olan mövzunu müzakirəyə çıxarın və əldə etdiyiniz biliklərinizi onlarla bölüşün. Bir mövzunu nə qədər çox adamla müzakirə etsəniz, onu bir o qədər yaxşı yadda saxlayacaqsınız. Bundan əlavə, müxtəlif online forumlarda diqqətinizi çəkən və sizin üçün faydalı olan mövzular üzrə müzakirələrdə iştirak edə bilərsiniz.

Özünüz edin:

İnsanlara nəyi tədris etməyinizsən asılı olmayaraq, bu məlumatı ilk olaraq öz üzərinizdə tətbiq etməyə çalışın. Belə ki, bu hər hansı bir məlumatın nə qədər faydalı və yaxud faydasız olduğunu təyin etmək üçün ideal variantdır. Son nəticəyə özünüz əmin olduqdan sonra digərlərini də eyni əminliklə inandıra biləcəksiniz.

Son xəbərlər
Digər xəbərlər